“Azərişıq”: Daha sərt hava şəraiti gözləyirik

Energetika
  • 31 mart, 2017
  • 06:19
“Azərişıq”: Daha sərt hava şəraiti gözləyirik

Bakı. 31 mart. REPORT.AZ/ “Ötən gecə havanın küləkli keçməsinə baxmayaraq, ölkə üzrə abonentlərin elektrik enerjisi ilə təchizatında heç bir problem olmayıb”. Bunu “Report”a açıqlamasında “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

T.Mustafayev daha sərt hava şəraitinin olacağını gözlədiklərini qeyd edib: “Məlumata görə, bu gün hava daha sərt olacaq. Əməkdaşlarımız gücləndirilmiş iş rejimində çalışır, maşın və digər texnikalar hazır vəziyyətə gətirilib. Xüsusən də dağ rayonları üçün əlavə texnika ayrılıb”.