"Azərişıq": "Abunəçinin şəbəkəyə qoşulması ilə bağlı vahid tarif olacaq"

Energetika
  • 27 aprel, 2018
  • 09:01
Azərişıq: Abunəçinin şəbəkəyə qoşulması ilə bağlı vahid tarif olacaq

 Bakı. 27 aprel. REPORT.AZ/ Abunəçilərin elektrik enerjisi şəbəkəsinə qoşulması maksimum 5 gün çəkir.

 "Report" xəbər verir ki, bunu jurnalistlərə "Azərişıq" ASC-nin “ASAN xidmət”lə iş idarəsinin rəisi Elsevər Rüstəmli deyib.

E.Rüstəmli qeyd edib ki, qanunda bu müddət 15 gün müəyyən edilib:

"Cənab sədrin göstərişi var ki, abunəçinin elektrik enerjisi şəbəkəsinə qoşulması 3 günü keçməməlidir".

"Azərişıq" rəsmisi abunəçinin şəbəkəyə qoşulması ilə bağlı vahid tarifin olacağını qeyd edib:

"Hazırda Nazirlər Kabinetində bu məsələyə baxılır. Tezliklə abunəçilərin şəbəkəyə qoşulması üçün məsafədən asılı olmayaraq işlədiləcək hər kVt/saat elektrik enerjisinə görə vahid tariflər müəyyən ediləcək. Bu günə qədər tariflər çəkilən xəttin en kəsiyi, məsafədən asılı idi".