“Azərişığ”a elektron müraciət edən sahibkarların sayı açıqlanıb
- 15 may, 2020
- 13:17
Yeniliklərdən dərhal xəbərdar olun!
“2019-cu ildə Azərbaycanda elektrik şəbəkəsinə qoşulan sahibkarların hamısı bunu elektron müraciət sistemi ilə edib”.
“Report” xəbər verir ki, bunu sahibkarlar üçün keçirilən onlayn məlumatlandırma sessiyasında "Azərişıq” ASC-nin “ASAN Xidmət”lə iş və Elektron İdarəetmə Depatamentinin direktoru Elsevər Rüstəmli deyib.
Onun sözlərinə görə, Elektron Müraciətlərin İdarə Olunması Sistemi (EMİOS) vasitəsi ilə “Azərişığa” müraciətlər hər il artır: “Əgər 2017-ci ildə bu sistem vasitəsilə bizə 22 sahibkar müraciət etmişdisə, 2020-ci ildə bu rəqəm 5 492-yə çatıb. Elektron sistem sahibkarların məmurlarla təmasını minimuma endirib. Əgər əvvəllər sahibkar-məmur təması 10 dəfə idisə, hazırda bu rəqəm 5 dəfə azalaraq 2 dəfəyə düşüb. Bu isə ölkə Prezidentinin apardığı uğurlu siyasətin göstəricisidir”.
“Azərişıq” təmsilçisi qeyd edib ki, yeni sistem vasitəsi ilə sahibkarlar xərclərini öncədən hesablamaq imkanı əldə edirlər: “Əksər qabaqcıl ölkələrdə olduğu kimi bizdə də sahibkar fəaliyyətə başlayanda onun çəkəcəyi xərcləri hesablamaq imkanı yaradılıb. Yaradılan şəffaflaşma nəticəsində qoşulma haqqında əlavə sahibkardan heç bir əlavə vəsait tələb oluna bilməz. Karantin müddətində sahibkarların müraciətləri azalıb, amma bütün müraciətlər operativ şəkildə icra edilir”.