“Azəriqaz” səyyar “ASAN Kommunal” çərçivəsində Kürdəxanıda xidmətlər göstərəcək
- 06 noyabr, 2018
- 07:58
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 6 noyabr. REPORT.AZ/ Bu ilin 6 noyabr - 5 dekabr tarixində Səyyar ASAN xidmət çərçivəsində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Kürdəxanı qəsəbəsində səyyar formada xidmətlər həyata keçiriləcək.
“Azəriqaz”dan “Report”a verilən məlumata görə, xüsusi tərtibatla hazırlanmış səyyar avtomobillər vasitəsi ilə birbaşa kütləvi sayğac dəyişikliyi olan ərazilərdə abonentlərə tam şəkildə “ASAN Kommunal” standartlarına uyğun xidmət göstərilməsi təmin ediləcək (ünvan;Bakı şəhər Sabunçu rayonu Kürdəxanı qəsəbəsində Bələdiyyə binasının yanı).
Bildirilib ki, vətəndaşlar bu çərçivədə itirilmiş və zədələnmiş smart kartın bərpası, borc və ödəniş barədə arayışların verilməsi, abonent məlumatlarında dəyişikliklərin edilməsi, koda düşmüş kartların bərpası, zədələnmiş sayğacla bağlı ödənişin qəbulu da daxil olmaqla ümumilikdə, 20 növ xidmətdən yararlana bilərlər.
Səyyar ASAN xidmətin həyata keçirilməsində əsas məqsəd “Azəriqaz” İstehsalat Birliyi tərəfindən xidmətlərin daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, abonentlər üçün əlçatanlığın təmin edilməsi və istehlakçı məmnunluğuna nail olunmasıdır.