“Azəriqaz” dələduzluq edən şəxslə bağlı açıqlama yayıb

Energetika
  • 04 dekabr, 2019
  • 14:00
“Azəriqaz” dələduzluq edən şəxslə bağlı açıqlama yayıb
Azəriqaz

Bir neçə gündür ki, Nizami rayonunun Elşən Süleymanov küçəsində bina evlərindən bir nəfər naməlum şəxs smart-kart tipli sayğacların kartlarının dəyişdirilməsi adı ilə pul yığır.

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilir ki, hər abonentdən 10 manat tələb edilir.

“Azəriqaz” bildirir ki, əməkdaşlarımız abonentlərlə heç vaxt bu cür ünsiyyətdə olmur və smart-kartların zədələnmədiyi halda, istifadə müddəti məhdudiyyətsizdir: “Həmin şəxsin müşahidə kameraları ilə qeydə alınan görüntülərini “Azəriqaz” İB-nin “youtube kanalındakı bu ünvanından (https://www.youtube.com/watch?v=rRJjNEbF8a4) izləyə bilərsiniz.