“Azəriqaz”ın Dövlət Kontrakt Korporasiyasına borcu açıqlanıb

Energetika
  • 26 iyul, 2024
  • 08:38
“Azəriqaz”ın Dövlət Kontrakt Korporasiyasına borcu açıqlanıb

Bu ilin yanvarın 1-nə Dövlət Kontrakt Korporasiyası - "Azərkontrakt" ASC-nin Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən təbii qazın nəqlinə görə ödəniləcək 111 milyon 508 min 603 manat məbləğində debitor borcu olub.

"Report" səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 40 milyon 239 min 741 manat və ya 56,5 % azdır.

Hesabata əsasən, bu məbləğ bərpa oluna biləndir və qısamüddətli dövr ərzində alınacaq.

Məlumatda deyilir ki, eyni zamanda SOCAR-ın “Qaz İxrac” İdarəsinə ödəniləcək borcla qarşılıqlı hesablaşması üçün “Azəriqaz” və “Qaz İxrac” İdarəsi ilə üçtərəfli qaydada razılaşdırılacaq.

"Azərkontrakt" 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 13,539 milyon manatdır. “Azərkontrakt” 2021-ci ildən etibarən ölkədə təbii qaz hasil edən şirkətlərlə təbii qazı paylayan və enerji istehsal edən qurumlar arasında bir növ vahid vasitəçi qismində çıxış edir. Beləliklə, “Azərkontrakt” SOCAR, ABƏŞ, "Şahdəniz" konsorsiumu və digər şirkətlərdən satın aldığı təbii qaz həcmlərini “Azərenerji” ASC-yə, “Azəriqaz” İB-nə və Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinə tələb olunan miqdarda topdan satışını həyata keçirir.