“Azəriqaz”ın 12 əməkdaşı Yeni Azərbaycan Partiyasına qəbul olunub

Energetika
  • 26 dekabr, 2019
  • 11:27
“Azəriqaz”ın 12 əməkdaşı Yeni Azərbaycan Partiyasına qəbul olunub

Bu gün Yeni Azərbaycan Partiyasına yeni üzvlərin qəbulu münasibətilə partiyanın Xətai rayon ərazi təşkilatının “Azəriqaz” İstehsalat Birliyi üzrə ərazi ilk partiya təşkilatının idarə heyətinin yığıncağı keçirilib.

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, yığıncaqda Birliyin rəhbərliyi, partiya fəalları, eləcə də bir neçə struktur bölmələrin məsul əməkdaşları iştirak ediblər.

“Azəriqaz” İB-nin baş direktorunun satış və istismar üzrə müavini Cahid Hüseynov Yeni Azərbaycan Partiyasına üzvlüyə qəbul edilən 12 nəfəri təbrik edib.

44 - Tezliklə