"Azəriqaz" bu il əhaliyə 3,2 milyard kubmetr qaz satıb
Energetika
- 29 dekabr, 2019
- 07:04
"Bu il “Azəriqaz” İstehsalat Birliyi 6,7 mlrd. kubmetr qazı şəbəkəyə qəbul edib. Bu rəqəm qaz qəbulunda rekord göstərici sayılır".
“Report”un məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev bu gün ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, 2019-cu ildə əhaliyə 3,2 mlrd. kubmetr qaz satılıb, sənaye qurumları üçün isə 2,8 mlrd. kubmetr qaz satışı həyata keçirilib.
O bildirib ki, 2020-ci “Azəriqaz”ın şəbəkəsinə 6,9 mlrd. kubmetr qaz qəbulu gözlənilir.
Yığım səviyyəsindən danışan R. Əliyev bildirib ki, bu il yığım səviyyəsi də rekord həddə olub və yığım səviyyəsi üzrə göstərici 101,4 faiz təşkil edib.
Son xəbərlər
18:34
Suriyada yol-nəqliyyat hadisəsində 24 nəfər xəsarət alıb
Digər ölkələr18:18
Türkiyə MMN-dən Azərbaycana: "Birlikdə güclü, birlikdə qardaşıq"
Xarici siyasət18:02
İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib
Daxili siyasət17:59
"Sülh göyərçini" və ya Paşinyansayağı imitasiya - ŞƏRH
Analitika17:51
Sumqayıtda ərini bıçaqlamaqda şübhəli bilinən qadın tibb müəssisəsinə yerləşdirilib - YENİLƏNİB
Hadisə17:51
Foto
Binə Atçılıq Mərkəzində cıdır mövsümünün növbəti yarışları keçirilib
Fərdi17:39
Avstraliyada üzgüçüyə hücum edən köpəkbalığının öldürülməsi barədə qərar verilib
Digər ölkələr17:39
Bilgəhdə 2 nəfər dənizdə batıb
Hadisə17:29