“Azəriqaz” bu il çoxmərtəbəli binalarda 7800-dən çox mənzilə təbii qaz verib
- 03 iyun, 2019
- 12:47
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir.
Qurumdan “Report”a verilən məlumata görə, görülmüş işlərin nəticəsidir ki, bu ilin yanvar-may aylarında hüquqi və fiziki şəxslərin müraciətləri araşdırılaraq, müvafiq sənədləri təqdim olunan çoxmərtəbəli binalar üzrə təbii qazın verilməsini təmin edilib.
Həmin binalarda, ümumilikdə, 7 814 ailə yaşayır.
“Azəriqaz” təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır", - məlumatda qeyd olunub.