Azərbaycan nefti 2 %-dək ucuzlaşıb
Energetika
- 25 mart, 2022
- 06:06
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,28 ABŞ dolları, yaxud 1,82 % azalaraq 123,29 ABŞ dollarına çatıb.
Bu barədə “Report"a neft bazarındakı mənbə məlumat verib.
Dünən “Brent” markalı neftin bir bareli 121,6 ABŞ dolları olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.
Son xəbərlər
01:34
Şəkidə sel fəsadlara səbəb olub
Hadisə01:09
Abşerondakı qətlin bəzi təfərrüatları məlum olub - YENİLƏNİB
Hadisə00:55
UEFA Superkubokunun qalibi müəyyənləşib
Futbol00:12
Tramp Levittin Ağ Evin mətbuat katibi vəzifəsindən ayrılması barədə məlumat verib
Digər ölkələr23:58
Bu ilin ikinci Günəş tutulması başa çatıb - YENİLƏNİB
Elm və təhsil23:46
ABŞ-də 11 nəfər "Green card" almaq üçün saxta nikahların təşkilində ittiham olunub
Digər ölkələr23:33
CENTCOM İran limanlarının blokadasından sonra üç gəmini sıradan çıxarıb
Digər ölkələr23:22
Foto
İsmayıllıda avtomobil yoldan çıxaraq aşıb, yaralılar var - YENİLƏNİB
Hadisə23:09