"Azərenerji" və "Azərişıq" birgə məlumat yayıb
Energetika
- 05 fevral, 2018
- 14:37
Bakı. 5 fevral. REPORT.AZ/ "Azərenerji" ASC-nin sistem əhəmiyyətli 110 kVt-luq birinci Xırdalan hava elektrik verilişi xəttində yenidənqurma işləri aparılır. Bu səbəbdən də "Saray 3" və "Saray 5" xətlərinin qidalandırdığı Saray qəsəbəsinin bəzi ərazilərində qısamüddətli fasilələr yaranır.
Bu barədə "Azərenerji" və "Azərişıq" ASC-lərdən "Report"a verilən birgə məlumatda qeyd edilib.
Məlumata görə, işlər yaxın vaxtlarda yekunlaşdırılacaq: "Modernizasiya işlərinin başlıca məqsədi keyfiyyətli ötürmə infrastrukturunun yaradılması ilə istehlakçıları fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin etməkdir".
Hər iki qurum yaranmış narahatlığa görə istehlakçılardan üzr istəyir.
Son xəbərlər
12:58
Növbəti iki gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ
Ekologiya12:58
Nəzrin Əhmədli Bakıda təşkil olunan dünya çempionatında Almaniya güləşçisinə uduzub
Fərdi12:56
Azərbaycan qızıl ixracından gəlirini 40 %-dən çox artırıb
Sənaye12:55
"Azərkosmos"un ixrac gəlirləri 54 % artıb
İKT12:42
Azərbaycan və Yunanıstan təhsil sahəsində əməkdaşlığın inkişafını müzakirə edib
Xarici siyasət12:37
Ukrayna Krımda Rusiyaya məxsus kater bazasını vurub
Digər ölkələr12:37
Sərdar Hacıyev: 2026-cı ilin birinci yarımilində 16 mindən çox fermerə təlim keçirilib
ASK12:34
Vüsal Hüseynov: Azərbaycanda qanunsuz miqrasiya idarəolunan həddədir
Daxili siyasət12:32