“AzərEnerji” SES-lərdə enerji istehsalını 67 %-ə yaxın artırıb

Energetika
  • 19 noyabr, 2024
  • 09:00
“AzərEnerji” SES-lərdə enerji istehsalını 67 %-ə yaxın artırıb

Bu ilin yanvar-oktyabr aylarında “AzərEnerji” ASC üzrə 21 milyard 066 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.

Bu barədə “Report” Energetika Nazirliyinin 2024-cü ilin yanvar-oktyabr ayları üzrə açıqladığı elektrik enerjisi göstəriciləri ilə bağlı operativ məlumatlarında deyilir.

Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 608,6 milyon kVt/saat və ya 2,8 % azdır.

“Azərenerji” tərəfindən istehsal edilən elektrik enerjisinin 18 milyard 676,4 milyon kVt/saatı İstilik Elektrik Stansiyalarında (İES), 2 milyard 389,6 milyon kVt/saat Su Elektrik Stansiyalarında (SES) qeydə alınıb.

Bu da 2023-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə müvafiq olaraq 1 milyon 565,7 min kVt/saat (7,7 %) az və 957,1 milyon kVt/saat (66,8 %) çoxdur.

Bu ilin 10 ayında Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti üzrə 411 milyon kVt/saat elektrik enerjisi istehsal edilib. Bu, 2023-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə 8,4 milyon kVt/saat və ya 2,09 % çoxdur.

Energetika Xidməti üzrə 2024-cü ilin yanvar-oktyabr aylarında İES-lərdə 199,8 milyon kVt/saat (- 24,5 %), SES-lərdə 157,3 milyon kVt/saat (+ 1,9 dəfə), Günəş Elektrik Stansiyalarında (GES) 53,9 milyon kVt/saat (dəyişməyib) elektrik enerjisi istehsal edilib.

Hesabat dövründə “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 34,2 milyon kVt/saat (- 9,5 %), müstəqil elektrik stansiyaları üzrə isə 2 milyard 336,1 milyon kVt/saat (+21,8 %) elektrik enerjisi istehsal edilib.