“Azərenerji” elektrik enerjisinin istehsalını 8 % azaldıb

Energetika
  • 15 may, 2024
  • 09:35
“Azərenerji” elektrik enerjisinin istehsalını 8 % azaldıb

Bu ilin yanvar-aprel aylarında “Azərenerji” ASC üzrə 8 milyard 190,7 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.

Bu barədə “Report” Energetika Nazirliyinin 2024-cü ilin yanvar-aprel ayları üzrə açıqladığı elektrik enerjisi göstəriciləri ilə bağlı operativ məlumatlarında deyilir.

Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 702,1 milyon kVt/saat və ya 7,9 % azdır.

“Azərenerji” tərəfindən istehsal edilən elektrik enerjisinin 7 milyard 444,9 milyon kVt/saatı İstilik Elektrik Stansiyalarında (İES), 745,8 milyon kVt/saat Su Elektrik Stansiyalarında (SES) qeydə alınıb. Bu da 2023-cü ilin yanvar-aprel ayları ilə müqayisədə müvafiq olaraq 1 milyon 014,8 min kVt/saat (12 %) az və 312,7 milyon kVt/saat (72,2 %) çoxdur.

Bu ilin ilk 4 ayında Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti üzrə 132,9 milyon kVt/saat elektrik enerjisi istehsal edilib. Bu, 2023-cü ilin yanvar-aprel ayları ilə müqayisədə 3,95 milyon kVt/saat və ya 3,06 % çoxdur.

Energetika Xidməti üzrə 2024-cü ilin yanvar-aprel aylarında İES-lərdə 70,3 milyon kVt/saat (- 18,2 %), SES-lərdə 44 milyon kVt/saat (+71,2 %), Günəş Elektrik Stansiyalarında (GES) 18,6 milyon kVt/saat (+ 7,2) elektrik enerjisi istehsal edilib.

Hesabat dövründə “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 14,8 milyon kVt/saat (- 9,8 %), müstəqil elektrik stansiyaları üzrə isə 910,1 milyon kVt/saat (+11,8 %) elektrik enerjisi istehsal edilib.