“Azərenerji” gələn ilin əvvəlinə qədər “Azərbaycan” İES-i təhvil verməyi planlaşdırır - VİDEO

Energetika
  • 05 avqust, 2019
  • 09:56
“Azərenerji” gələn ilin əvvəlinə qədər “Azərbaycan” İES-i təhvil verməyi planlaşdırır - VİDEO

Mingəçevir şəhərində yerləşən, Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan “Azərbaycan” İES-in yenidən qurulması prosesi sürətlə davam etdirilir.

Bu barədə “Report”a “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və media mərkəzinin rəisi Teymur Abdullayev məlumat verib.

Onun sözlərinə görə, 8 enerji bloklu stansiyanın artıq 5,6,7 və 8-ci bloklarında yenidənqurma işləri yekunlaşmaq üzrədir və təmirinə başlanacaq digər 4 enerji blokunda işlər ilin sonuna kimi yekunlaşacaq. 

“Paralel olaraq 500 kV-luq dörd yuvadan ibarət yarımstansiyanın üç yuvasında işlər yekunlaşıb, dördüncü yuvada isə yekunlaşmaq üzrədir. Bütövlükdə 500 kV-luq yarımstansiyada işlərin 90%-i görülüb. Ötən ilin iyulunda qəza baş verən 330 kV-luq yarımstansiyada isə 63 cərəyan transformatorunın artıq hamısı dəyişdirilib. Ümumilikdə 330 kV-luq yarımstansiyada işlərin yarıdan çoxu başa çatıb. Eyni zamanda 330 kV-luq yarımstansiya üçün tikilən idarəetmə mərkəzində işlər tamamlanıb və hazırda təmir edilən xətlərin mühafizə, avtomatika və idarəetməsinin mərhələli şəkildə yeni mərkəzə keçirilməsi prosesi gedir”-deyə T.Abdullayev bildirib.

“Azərenerji” sözçüsü qeyd edib ki, bundan başqa su kanalının beton qatının yenilənməsi işləri başa çatıb: “Qarabağ kanalının üzərindən əhali üçün tikilən körpünün tikintisi yekunlaşır və bu günlərdə asfalt qatının vurulması prosesi həyata keçiriləcək. Həmçinin “Azərbaycan” İES-in 6 mərtəbəli mühəndis korpusu tamamilə yenidən qurulub. Yeni tikilən baş idarəetmə mərkəzində isə işlər yekinlaşmağa doğru gedir.

Beləliklə, elektrik stansiyasının azot-oksigen, hava kompressor sahələrində, yağ və reagent təsərrüfatlarında, kimya sexində tikinti işləri başa çatıb, son yoxlama sınaq işləri aparılır. Eyni zamanda 6 km məsafədə ərazinin hasarlanması və digər istiqamətlərdə də işlər sürətlə davam etdirilir. “Azərbaycan” İES-in yenidənqurulması prosesinin gələn ilin birinci yarısında yekunlaşdırılması planlaşdırılıb”.

“Azərenerji” gələn ilin əvvəlinə qədər “Azərbaycan” İES-i təhvil verməyi planlaşdırır - VİDEO

44 - Tezliklə