Azərbaycanın Xorvatiyaya neft ixracının həcmi açıqlanıb
- 19 oktyabr, 2023
- 07:55
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Xorvatiyaya 711 min 887,77 ton xam neft ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 415 milyon 611,87 min ABŞ dolları təşkil edib.
Azərbaycandan Xorvatiyaya ixrac olunmuş məhsulun miqdarı 2022-ci ilin ilk 9 ayının göstəriciləri ilə müqayisədə 10,9 %, dəyəri isə 39,5 % azdır.
Xorvatiyaya ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 3,58 % olub.
Hesabat dövründə Azərbaycan gömrük bəyannamələrinə əsasən, 19 milyon 876 min 255,4 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 12 milyard 128 milyon 399,72 min ABŞ dolları təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrlə 39 milyard 103 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyəsinin 26 milyard 489 milyon ABŞ dolları ixracın, 12 milyard 614 milyon ABŞ dolları isə idxalın payına düşüb.