Azərbaycanın Türkmənistandan idxal etdiyi qazın həcmi açıqlanıb

Energetika
  • 22 may, 2024
  • 05:37
Azərbaycanın Türkmənistandan idxal etdiyi qazın həcmi açıqlanıb

Bu ilin birinci rübündə Azərbaycana bəyan edilmiş qaz idxalı 245 milyon 917,52 min kubmetr təşkil edib və bu da ötən ilin eyni dövrü ilə müqayisədə 73,8 % azdır.

“Report” bu barədə Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir.

Söhbət Azərbaycan Dövlət Gömrük Komitəsi tərəfindən qeydə alınan (bəyan edilən) həcmlərdən gedir.

2024-cü ilin yanvar-mart aylarında Azərbaycana idxal olunan qazın dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 77,1 % azalaraq 36 milyon 887,63 min ABŞ dolları təşkil edib.

Statistik məlumatlara görə, hesabat dövründə qaz idxalının bütün həcmi Türkmənistandan olub. Eyni zamanda, bu dövrdə Türkmənistan qazının tədarükünün artımı kəmiyyət ifadəsində 24,6 %, dəyər ifadəsində isə 27,3 % olub.