Azərbaycanın qaz ixracı bir ildə 16%-dək artıb
Energetika
- 17 oktyabr, 2020
- 12:16
Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın xaricə qaz satışı 9,6 mlrd kubmetr təşkil edib.
Bu barədə “Report” Energetika Nazirliyinin bu ilin 9 ayında ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlarına əsasən xəbər verir.
Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,7% çoxdur.
Bu ilin 9 ayında 2019-cu ilin müvafiq dövrünə nisbətən Türkiyəyə 21,3% çox, yəni 7,9 mlrd kubmetr qaz ixrac edilib. Gürcüstana ixrac edilən qazın həcmi 1,6 mlrd kubmetr olub.
Qeyd edək ki, Türkiyəyə təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Qaz Kəməri (TANAP) vasitəsilə çatdırılır. Gürcüstana isə Bakı-Tbilisi-Ərzurum və Qazıməmməd-Qazax kəmərləri vasitəsilə nəql olunur.
Son xəbərlər
10:30
AZAL-ın Bakı–Naxçıvan marşrutu üzrə reysləri bərpa olunub - YENİLƏNİB
Biznes10:27
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
İnfrastruktur10:26
Builki sertifikatlaşdırma prosesində 23 mindən çox müəllim iştirak edəcək
Elm və təhsil10:24
Elnur Bağırov: "Transmilli korporasiyaların güclənməsi rəqabət siyasətini yenidən formalaşdırır"
Biznes10:15
Video
FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib
Hadisə10:11
Elnur Bağırov: "Rəqabət siyasəti regional iqtisadi inteqrasiyanın əsas dəstək mexanizmlərindən biri olmalıdır"
Biznes10:09
Bu ilin ilk 5 ayı ərzində 50 minə yaxın qan donoru qeydiyyata alınıb
Sağlamlıq10:06
Avropa Kuboku: Azərbaycanın 3x3 basketbol komandaları seçmə mərhələdə mübarizəyə başlayır
Komanda10:04