Azərbaycanın "Qara Dəniz Terminalı" MMC Gürcüstana yardım ayırıb
Energetika
- 21 iyun, 2015
- 06:26
Bakı. 21 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan Kulevidəki "Qara Dəniz Terminalı" MMC Gürcüstanda təbii fəlakət qurbanlarına 30 min lari yardım ayırıb. Bu barədə "Report"a SOCAR Kulevi terminalının PR meneceri İmran Ayvazov məlumat verib.
Məlumata görə, ayrılan yardım təbii fəlakət nəticəsində evsiz qalanların problemləri və Tbilisi şəhərinin infrastrukturuna dəyən ziyanın aradan qaldırılması üçün istifadə ediləcək.
Xatırladaq ki, bundan öncə "SOCAR Energy Georgia" zərər çəkmiş paytaxt sakinlərinə yardım üçün ilkin mərhələdə 50 min lari vəsait ayırmışdı. Bundan əlavə, Tbilisi meriyasının əhalinin sosial problemlərinin həlli ilə məşğul olan xidməti nəqliyyat 10 min litr yanacaqla təmin olunub.
Son xəbərlər
21:46
Paşinyan Putinlə CQDY-nin konsessiyasını müzakirə etmək niyyətindədir
Region21:43
Foto
Naxçıvanda "Velo Fest" velosiped festivalı keçirilib
Fərdi21:40
Premyer Liqa: "Sabah" ardıcıl beşinci qələbəsini qazanıb
Futbol21:38
Riçard Qrenel: Amerikada jurnalistika ölüb
Digər ölkələr21:29
İran və Oman Hörmüzdə təhlükəsiz marşrutla bağlı razılığa gəlib
Region21:14
Kanadada avtomobilin izdihama çırpılması nəticəsində altı nəfər xəsarət alıb
Digər ölkələr21:01
Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
Daxili siyasət20:47
Karsten Broyer NATO Hərbi Komitəsinin rəhbəri seçilib
Digər ölkələr20:33