Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI
- 16 oktyabr, 2024
- 12:47
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan 23 ölkəyə 17 milyon 608 min 860,22 ton həcmində neft ixrac olunub.
Bu barədə “Report” Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir.
Hesabat dövründə Azərbaycanın neft ixrac etdiyi TOP-5 ölkələr sırasına İtaliya, İsrail, Çexiya, Hindistan və Xorvatiya daxil olub.
Ötən 9 ayda Azərbaycan İtaliyaya 4 milyard 164 milyon 17,95 min ABŞ dolları dəyərində 6 milyon 575 min 258,94 ton, İsrailə 1 milyard 464 milyon 48,63 min ABŞ dolları dəyərində 2 milyon 372 min 438,38 ton, Çexiyaya 790 milyon 37,03 min ABŞ dolları dəyərində 1 milyon 246 min 961,29 ton xam neft ixrac edib. Hindistana 683 milyon 627,7 min ABŞ dolları dəyərində 1 milyon 92 min 226,71 ton və Xorvatiyaya 627 milyon 1,41 min ABŞ dolları məbləğində 1 milyon 5,1 min ton neft tədarük edilib.
Aşağıdakı cədvəldə Azərbaycanın bu ilin 9 ayı ərzində neft ixrac etdiyi ölkələrin tam siyahısı göstərilib:
| № | Ölkələr | Miqdar (ton) | 2023-cü ilin yanvar-sentyabr aylarına nisbətən | Statistik dəyər (min ABŞ dolları) | 2023-cü ilin yanvar-sentyabr aylarına nisbətən |
| 1 | İtaliya | 6 575 258,94 | -17,7 % | 4 164 017,95 | -16,5 % |
| 2 | İsrail | 2 372 438,38 | +20 % | 1 464 048,63 | +21,2 % |
| 3 | Çexiya | 1 246 961,29 | +36 % | 790 037,03 | +49 % |
| 4 | Hindistan | 1 092 226,71 | -12 % | 683 627,70 | -7,5 % |
| 5 | Xorvatiya | 1 005 081,15 | +41,2 % | 627 001,41 | +51 % |
| 6 | Almaniya | 704 051,53 | -16,5 % | 460 804,01 | -13 % |
| 7 | Portuqaliya | 691 401,29 | +3 dəfə | 437 551,47 | +3 dəfə |
| 8 | Böyük Britaniya | 650 115,40 | +6,2 % | 390 895,78 | +5 % |
| 9 | Rumıniya | 498 906,73 | +13 % | 299 958,57 | +12,4 % |
| 10 | Tunis | 381 622,34 | +9,2 dəfə | 243 140,43 | +10,3 dəfə |
| 11 | Tailand | 376 876,12 | +7,7 dəfə | 234 238,66 | +9 dəfə |
| 12 | Türkiyə | 352 514,56 | -68 % | 193 012,44 | -69 % |
| 13 | İndoneziya | 277 046,95 | +25,3 % | 161 651,83 | +7,6 % |
| 14 | Serbiya | 241 179,61 | -* | 151 905,17 | -* |
| 15 | Yunanıstan | 228 237,47 | -65,2 % | 144 806,06 | -64,1 % |
| 16 | İrlandiya | 174 283,74 | -3,6 dəfə | 110 428,45 | -3,3 dəfə |
| 17 | Niderland | 168 985,69 | -* | 106 838,99 | -* |
| 18 | İspaniya | 166 327,26 | -6,7 dəfə | 96 479,12 | -7,2 dəfə |
| 19 | Uruqvay | 138 719,62 | -* | 85 099,83 | -* |
| 20 | Polşa | 90 150,50 | -* | 57 363,56 | -* |
| 21 | Fransa | 89 712,83 | -55 % | 57 085,07 | -52 % |
| 22 | Avstriya | 85 868,91 | -68 % | 47 903,69 | -69 % |
| 23 | Özbəkistan | 893,20 | -* | 434,09 | -* |
| Cəmi | 17 608 860,22 | -11,4 % | 11 008 329,94 | -9,2 % |