Azərbaycanın maye qaz ixracının dəyəri 3 dəfədən çox artıb
- 25 aprel, 2022
- 08:49
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ilin ilk iki ayı ərzində Azərbaycandan xaricə 2,54 milyon ABŞ dolları dəyərində 5 min 288 ton maye qaz (butan, etilen, propilen, butilen və butadien qazları, maye halında) göndərilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac dəyər ifadəsində 11 % artıb, kəmiyyət olaraq – 65,8 % azalıb.
Hesabat dövründə Rusiyaya 2,23 milyon ABŞ dolları dəyərində 4 min 496 ton, Pakistana 193,45 min ABŞ dolları dəyərində 494,76 ton, Əfqanıstana 116,13 min ABŞ dolları dəyərində 297 ton məhsul satılıb.
2021-ci ilin yanvar-fevral aylarının göstəriciləri ilə müqayisədə Rusiyaya tədarük müvafiq olaraq 13,1 % artıb və 58,9 % azalıb, Pakistana – 28,1 % artıb və 77,2 % azalıb, Əfqanıstana – 30,1 % və 87,5 % azalıb. Bir il ərzində Azərbaycanın xarici bazarlara tədarük etdiyi maye qazın 1 tonu 3,2 dəfə bahalaşıb.