Azərbaycanın magistral qaz kəmərlərinin fəaliyyətindən əldə etdiyi gəlirlər açıqlanıb
Energetika
- 02 dekabr, 2025
- 13:11
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın magistral qaz kəmərlərinin, o cümlədən Cənubi Qafqaz Boru Kəmərinin (Bakı-Tbilisi-Ərzurum) fəaliyyətindən gəlirləri bu ilin yanvar-sentyabr aylarında 2 milyard 71,837 milyon manat təşkil edib.
Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,6 % çoxdur.
Bu ilin 9 ayında magistral qaz kəmərləri şəbəkəsindəki itkilər 16,9 % artaraq 34,6 milyon kubmetrə çatıb.
Qeyd edilib ki, bu dövrdə magistral qaz kəmərləri ilə 29 milyard 825 milyon kubmetr qaz (0,9 % çox) nəql edilib. Bununla belə, nəql edilən ümumi həcmin 57,5 %-i Cənubi Qafqaz Magistral Boru Kəmərinin payına düşüb.
Son xəbərlər
09:40
Azərbaycan Basketbol Liqasında V turun son oyunları bu gün baş tutacaq
Komanda
09:10
Premyer Liqa: Bu gün X turun daha 2 oyunu keçiriləcək
Futbol
09:00
Foto
Sərnişinlər Bakı–Tbilisi–Bakı marşrutu üzrə reyslərin sayının artırılmasını rəğbətlə qarşılayıblar
İnfrastruktur
08:43
Bəxtiyar Hacıyev: Sərnişinlər Bakı–Tbilisi–Bakı marşrutu üzrə 30 faiz daha ucuz qiymətə səyahət edə biləcəklər
İnfrastruktur
08:34
Yaponiyada sərxoş vəziyyətdə avtomobil idarə edən ABŞ dəniz piyadası saxlanılıb
Digər ölkələr
08:03
Tramp ABŞ-nin İranın nüvə obyektlərinə yeni zərbələr endirməsini istisna etməyib
Digər ölkələr
07:51
"Milan" ardıcıl dördüncü dəfə "İnter"i məğlub edib
Futbol
07:26
ABŞ-də stadionda atışma zamanı bir neçə nəfər xəsarət alıb
Digər ölkələr
06:58
Tramp: Şimali Koreyanın "Binance" birjasına kiberhücumla əlaqəli olub-olmadığını bilmirik
Digər ölkələr