Azərbaycanın karbamid ixracından gəliri kəskin azalıb

Energetika
  • 02 fevral, 2024
  • 11:45
Azərbaycanın karbamid ixracından gəliri kəskin azalıb

2023-cü ildə Azərbaycan 83 milyon ABŞ dolları dəyərində karbamid ixrac edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın yanvar sayında bildirilir.

Bu, 2022-ci illə müqayisədə 126,7 milyon ABŞ dolları və yaxud 2,5 dəfə azdır.

Ötən ilin dekabr ayında isə Azərbaycan 10,5 milyon ABŞ dolları dəyərində karbamid ixrac edib. Bu, əvvəlki ilin eyni dövrünə nisbətən 0,6 milyon ABŞ dolları və yaxud 5,4 % azdır.

2023-cü ildə Azərbaycanın ümumi ixracı 33,9 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,8 % artaraq 3,3 milyard ABŞ dolları təşkil edib.

Xatırladaq ki, karbamid (azot gübrəsi) Sumqayıt Kimya Sənaye Parkının ərazisindəki “SOCAR Karbamid” zavodunda istehsal edilir. Zavod 2019-cu il yanvarın 16-da istifadəyə verilib, il ərzində 435 milyon kubmetr təbii qazdan xammal kimi istifadə etməklə 650-660 min ton karbamid istehsal etmək gücündədir. İstehsal həcminin 70 %-i ixrac üçün nəzərdə tutulub.