Azərbaycanın ixrac etdiyi neft məhsullarının həcmi açıqlanıb

Energetika
  • 20 may, 2025
  • 09:52
Azərbaycanın ixrac etdiyi neft məhsullarının həcmi açıqlanıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 160 min 385,87 ton həcmində neft məhsulları ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 71 milyon 931,93 min ABŞ dolları təşkil edib.

İxrac edilən neft məhsullarının həcmi ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 10,9 %, dəyəri isə 39,2 % azdır.

Ötən 4 ayda neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 0,82 % olub.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 16,917 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 8,785 milyard ABŞ dolları ixracın, 8,133 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 7,5 %, idxal isə 48,8 % artıb.