Azərbaycanın ixrac etdiyi elektrik enerjisi 2 dəfə bahalaşıb

Energetika
  • 31 dekabr, 2022
  • 11:37
Azərbaycanın ixrac etdiyi elektrik enerjisi 2 dəfə bahalaşıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 826,8 milyon kVt/saat elektrik enerjisi ixrac edib.

“Report” Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu həcmdə enerjinin dəyəri 64,9 milyon ABŞ dolları təşkil edib.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 33 % az və 26,8 % çoxdur.

Hesabat dövründə elektrik enerjisi ixracından gəlirləri Azərbaycanın ümumi ixrac gəlirlərinin 0,2 %-ni, qeyri neft sektoru üzrə ümumi ixrac gəlirlərinin isə 2,4 %-ni təşkil edib.

11 ay ərzində Azərbaycan ixrac etdiyi enerjinin hər kVt/saatından 0,08 ABŞ dolları və yaxud 0,14 manat gəlir əldə edib. Bu isə 1 il əvvələ nisbətən 0,04 dollar yaxud 2 dəfə (0,07 manat) artım deməkdir.

44 - Tezliklə