Azərbaycanın İspaniyaya neft ixracından qazancı açıqlanıb
- 23 yanvar, 2024
- 06:55
Yeniliklərdən dərhal xəbərdar olun!
2023-cü ildə Azərbaycan İspaniyaya 1 milyon 221 min 974,82 ton xam neft ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 769 milyon 586,75 min ABŞ dolları təşkil edib.
Azərbaycandan İspaniyaya ixrac olunmuş məhsulun miqdarı 2022-ci ilin göstəriciləri ilə müqayisədə 12,3 %, dəyəri isə 23 % azdır.
İspaniyaya ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 4,69 % olub.
Hesabat dövründə Azərbaycan gömrük bəyannamələrinə əsasən, 26 milyon 047 min 289,51 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 16 milyard 240 milyon 829,63 min ABŞ dolları təşkil edib.
Ötən ildə Azərbaycan xarici ölkələrlə 51 milyard 184 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 33 milyard 899 milyon ABŞ dolları ixracın, 17 milyard 285 milyon ABŞ dolları isə idxalın payına düşüb.