Azərbaycanın energetika nazirinin Almaniya səfəri 3 gün uzadılıb

Energetika
  • 19 fevral, 2016
  • 10:25
Azərbaycanın energetika nazirinin Almaniya səfəri 3 gün uzadılıb

Bakı. 19 fevral. REPORT.AZ/ Azərbaycanın energetika naziri Natiq Əliyevin Almaniyaya işgüzar səfərinin müddəti fevralın 25-nə qədər uzadılıb. "Report"un məlumatına görə, səfərin müddətinin uzadılmasının səbəbi səfər çərçivəsində keçirilən görüşlərin çoxluğu ilə əlaqələndirilir.

İlkin proqrama əsasən, nazirin səfərinin fevralın 22-də bitməsi gözlənilirdi.

Qeyd edək ki, energetika naziri N.Əliyev Almaniyanın Xristian-Demokratlar Birliyi Partiyası İqtisadiyyat Şurasının təşkilatçılığı ilə Ətraf Mühit və Enerji üzrə “Avropada enerji transformasiyasının yenidən qurulması: Rəqabətli, təhlükəsiz, innovativ” mövzusuna həsr olunan 14-cü toplantısında iştirak etmək üçün fevralın 19-da Berlinə yola düşüb.

Xatırladaq ki, səfər Xristian-Demokratlar Birliyi Partiyası İqtisadiyyat Şurasının prezidenti Verner Bahlsen (Werner M.Bahlsen) və baş katibi Volfqanq Ştaygerin (Wolfgang Steiger) dəvəti, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə baş tutub.

44 - Tezliklə