Azərbaycanın energetika naziri Əlcəzairə səfər edib
Energetika
- 02 mart, 2024
- 06:18
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın energetika naziri Pərviz Şahbazov Əlcəzair Xalq Demokratik Respublikasına səfər edib.
"Report" nazirliyə istinadən xəbər verir ki, P. Şahbazov martın 2-də paytaxt Əlcəzair şəhərində keçiriləcək Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) Dövlət və Hökumət Başçılarının 7-ci Sammitində iştirak edəcək.
Sammitdə qaz sahəsində aparılan siyasət, son inkişaf və tendensiyalar, həmçinin üzv ölkələr tərəfindən qlobal enerji bazarında qarşıdakı dövrdə təbii qaz resurslarının roluna dair müzakirələrin aparılması nəzərdə tutulur.
Səfər çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi də planlaşdırılır.
Qeyd edək ki, Azərbaycan GECF-də müşahidəçi üzv qismində təmsil olunur.
Son xəbərlər
15:39
"Gəncəbasar" klubuna yeni prezident təyin olunub
Futbol
15:38
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 8 %-ə yaxın artıb
Biznes
15:33
Aİ-də "TikTok" alqoritmləri istifadəçilərin psixi sağlamlığı üçün təhlükəli hesab edilib
Digər ölkələr
15:31
Azərbaycan və Çin hava əlaqələrinin genişləndirilməsini müzakirə edib
Turizm
15:31
Belçika Kralı baş nazirin istefa xahişini rədd edib
Digər ölkələr
15:27
PFL I Liqada "Ayın qolu"nun müəllifini mükafatlandırıb
Futbol
15:20
Foto
Bakıda istehlaka yararsız süd məhsulları aşkarlanıb
Sosial müdafiə
15:17
Qeyri-sabit hava şəraiti noyabrın 10-dək davam edəcək, fasilələrlə yağış yağacaq - Xəbərdarlıq
Ekologiya
15:10
Həyəcan siqnalı verən təyyarə Rumıniyanın Otopeni şəhərində uğurla eniş edib
Digər ölkələr