Azərbaycanın bu il Rusiyadan idxal etdiyi “Aİ-92” markalı benzinin həcmi açıqlanıb

Energetika
  • 20 may, 2024
  • 13:53
Azərbaycanın bu il Rusiyadan idxal etdiyi “Aİ-92” markalı benzinin həcmi açıqlanıb

Azərbaycan 2024-cü ilin yanvar-mart aylarında 9 min 766,63 ton “Aİ-92” markalı avtomobil benzini idxal edib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu dövrdə idxal olunan benzinin dəyəri 7 milyon 824,39 min ABŞ dolları təşkil edib.

Ötən ilin birinci rübündə “Aİ-92” markalı benzin idxal edilməyib.

Hesabat dövründə idxalın bütün həcmi Rusiyadan gələn tədarüklərdən əldə edilib.

Qeyd edək ki, 2023-cü ildə Azərbaycan 1 milyard 77 milyon 237,6 min ABŞ dolları dəyərində 1 milyon 917 min 793,68 ton neft idxal edib. Bu, kəmiyyət ifadəsində 2022-ci ilin göstəricisindən 2,9 dəfə, dəyər ifadəsində isə 2,4 dəfə çoxdur.

O cümlədən Rusiyadan 2023-cü ildə 729 milyon 263,74 min ABŞ dolları (5,5 dəfə çox) dəyərində 1 milyon 303 min 999,1 ton (6,6 dəfə çox) neft idxal edilib.

Xatırladaq ki, Azərbaycanda “Aİ-92” markalı avtomobil benzini Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda istehsal olunur.