Azərbaycanın baş naziri yenidən Neft Fondunun sədri seçilib
- 02 iyun, 2015
- 11:32
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 2 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Müşahidə Şurasının növbəti iclası keçirilib. Bu barədə "Report"a Fondun mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Azərbaycanın baş naziri, ARDNF-in Müşahidə Şurasının sədri Artur Rasi-zadənin sədrliyi ilə keçirilən iclasda Fondun 2014-cü ildə maliyyə fəaliyyəti haqqında illik hesabatı, maliyyə fəaliyyətinin auditinin nəticələri, ARDNF-in 2014-cü il büdcəsinin icrası məsələlərinə baxılıb.
Müşahidə Şurası Neft Fondunun icraçı direktorunun təqdim etdiyi Fondun 2014-cü ildə fəaliyyəti haqqında illik hesabatına, Fondun 2014-cü ildə maliyyə fəaliyyəti haqqında müstəqil auditorun (“PWC Audit Azerbaijan”) hesabatına baxaraq onları məqbul hesab etdiyi və ARDNF-in 2014-cü il büdcəsinin icrası layihəsini təsdiq olunmaq üçün Azərbaycan Prezidentinə təqdim olunması barədə qərar qəbul etdiyi açıqlanıb.
Qeyd edək ki, toplantıda baş nazir A.Rasi-zadə növbəti müddətə Dövlət Neft Fondu Müşahidə Şurasının sədri seçilib.