Azərbaycanın 5 ayda Türkiyəyə satdığı neftin həcmi açıqlanıb

Energetika
  • 20 iyun, 2024
  • 09:09
Azərbaycanın 5 ayda Türkiyəyə satdığı neftin həcmi açıqlanıb

Bu ilin yanvar-may aylarında Azərbaycan Türkiyəyə 165 min 886,19 ton xam neft ixrac edilib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 90 milyon 862,25 min ABŞ dolları təşkil edib.

Ötən yanvar-may ayları ərzində ixrac olunmuş məhsulun miqdarı 2023-cü ilin ilk 5 ayının göstəriciləri ilə müqayisədə 4,7 dəfə, dəyəri isə 5,06 dəfə azdır.

Bu ilin ilk 5 ayında Azərbaycandan Türkiyəyə ixrac edilən xam neftin ümumi neft ixracında payı 1,68 % olub.

Xatırladaq ki, bu ilin yanvar-may aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 9 milyon 869 min 672,49 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib.Ötən 5 ay ərzində Azərbaycandan ixrac edilən xam neftin dəyəri 6 milyard 258 milyon 631,31 min ABŞ dolları təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrlə 18 milyard 439 milyon 272,4 min ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 11 milyard 138 milyon 581 min ABŞ dolları ixracın, 7 milyard 300 milyon 691,4 min ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 30,9 % azalıb, idxal isə 6,75 % çoxdur.