Azərbaycandan Türkiyəyə ötən il ixrac edilən neftin həcmi açıqlanıb
- 22 yanvar, 2025
- 07:18
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən il Azərbaycan Türkiyəyə 430 min 522,14 ton xam neft ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 232 milyon 411,46 min ABŞ dolları təşkil edib.
İxrac olunmuş məhsulun miqdarı 2023-cü illə müqayisədə 2,8 dəfə, dəyəri isə 2,9 dəfə azdır.
Azərbaycandan Türkiyəyə ixrac edilən xam neftin ümumi neft ixracında payı 1,82 % olub.
Gömrük bəyannamələrinə əsasən, 2024-cü ildə Azərbaycan 14 milyard 437 milyon 355,99 min ABŞ dolları dəyərində 23 milyon 596 min 132,23 ton bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.
Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 47 milyard 612,1 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 26 milyard 554,1 milyon ABŞ dolları ixracın, 21 milyard 58 milyon ABŞ dolları isə idxalın payına düşüb.