Azərbaycandan Türkiyəyə ixrac edilən neftin həcmi azalıb
- 17 oktyabr, 2024
- 08:14
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Türkiyəyə 352 min 514,56 ton xam neft ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 193 milyon 012,44 min ABŞ dolları təşkil edib.
İxrac olunmuş məhsulun miqdarı 2023-cü ilin ilk 9 ayının göstəriciləri ilə müqayisədə 3,15 dəfə, dəyəri isə 3,25 dəfə azdır.
Azərbaycandan Türkiyəyə ixrac edilən xam neftin ümumi neft ixracında payı 2,01 % olub.
Bu ilin yanvar-sentyabr aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 11 milyard 8 milyon 329,94 min ABŞ dolları dəyərində 17 milyon 608 min 860,22 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.
Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 34 milyard 498 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyəsinin 19 milyard 855 milyon ABŞ dolları ixracın, 14 milyard 643 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 25 % azalıb, idxal isə 16 % artıb.