Azərbaycandan TAP vasitəsilə Avropaya qaz tədarükü üzrə sifarişlərin həcmi açıqlanıb

Energetika
  • 31 mart, 2025
  • 14:38
Azərbaycandan TAP vasitəsilə Avropaya qaz tədarükü üzrə sifarişlərin həcmi açıqlanıb

Azərbaycan qazını Avropaya tədarük edən Trans-Adriatik Boru Kəməri (TAP) martın 31-də Yunanıstanda Kipoy çıxış məntəqəsindən 350 milyon 789 min 291 kVt/saat qazın tədarükü üçün sifariş alıb ki, bu da ötən həftənin bazar ertəsi ilə müqayisədə 1,22 % azdır.

Bu barədə “Report” TAP elektron platformasına istinadən xəbər verir.

Yunanıstanın Kipoy məntəqəsi vasitəsilə aprelin 1-dən 6-dək gündəlik qaz nəqli üzrə sifarişlərin həcmi 331 milyon 19 866 min kVt/saat təşkil edəcək ki, bu da martın 25-də verilən sifarişlərin həcmindən 6,92 %, martın 26-dan 3,92 %, martın 27-dan 7,71 %, martın 28-dən 9,12 %, martın 29-dan 5,09 % və martın 30-dan 8,47 % azdır.

Yunanıstanın Komotini məntəqəsindən gündəlik qaz tədarükü üçün martın 31-dən aprelin 6-dək sifarişlər 28 milyon 674,418 min kVt/saat təşkil edir ki, bu da martin 29-dakı sifariş - 27 milyon 479,65 min KVt/saat (4,35 % artım) istisna olmaqlq, ötən həftənin səviyyəsinə uyğundur.

Yunanıstanın Nea Mesemvria çıxış nöqtəsindən martın 31-dən aprelin 6-dək gündəlik tədarük həcmi 30 milyon 346,301 min kVt/saat təşkil edəcək ki, bu da martin 29-dakı sifariş - 29 milyon 081,872 min kVt/saat (4,35 % artım) istisna olmaqla, ötən həftənin səviyyəsinə uyğundur.

İtaliyanın Melendunyodakı çıxış məntəqəsinə gəlincə, martın 31-də 289 milyon 772,315 min kVt/saat həcmində qazın tədarükü üçün sifariş qəbul edilib ki, bu da ötən bazar ertəsinın göstəricisindən 1,14 % azdır.

Bu çıxış məntəqəsində aprelin 1-dən 6-dək 281 milyon 999,147 min kVt/saat həcmində sifariş qəbul edilib ki, bu da martın 25-nə olan sifarişin həcmindən 3,79 %, martın 26-dan 0,88 %, martın 27-dən 5,58 %, martın 28-dən 7,3 %, martın 29-dan 2,84 % və martın 30-dan 6,2 % azdır.

Qeyd edək ki, TAP Cənub Qaz Dəhlizi (CQD) sisteminin tərkib hissəsidir. Qaz kəmərinin ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimalına, 215 km-i Albaniyaya, 105 km-i Adriatik dənizinin dibinı, 8 km-i isə İtaliya ərazisinə düşür.

Azərbaycan qazının İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara TAP vasitəsilə tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb. Azərbaycan və Aİ arasında əldə olunan razılaşmalara əsasən, 2027-ci ilə qədər Azərbaycan qazının tədarükü ən azı 16 milyard kubmetrə çatacaq.

2024-cü ildə TAP vasitəsilə 11,84 milyard kubmetr qaz nəql edilib. Hesabat dövründə İtaliyaya 9,84 milyard kubmetr, Yunanıstana 1,1 milyard kubmetr, Bolqarıstana 0,82 milyard kubmetr qaz verilib.