Azərbaycandan ixrac edilən elektrik enerjisinin həcmi açıqlanıb

Energetika
  • 21 oktyabr, 2024
  • 15:43
Azərbaycandan ixrac edilən elektrik enerjisinin həcmi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan 74 milyon 547,51 min ABŞ dolları dəyərində 1 milyard 351 milyon 535,76 min kVt/saat elektrik enerjisi ixrac edilib.

“Report” Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, 2023-cü ilin eyni dövrü ilə müqayisədə ixrac edilən elektrik enerjisinin dəyəri 77,4 %, həcmi isə 56,4 % azalıb.

Sentyabrda isə ölkədən 17 milyon 48,34 min ABŞ dolları məbləğində 332 milyon 850,68 min kVt/saat elektrik enerjisi ixrac edilib ki, bu da ötən ilin analoji dövrünə nisbətən müvafiq olaraq 10,7 % və 32,5 % çoxdur.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 2 milyard 81 milyon 519,33 min ABŞ dolları dəyərində əsas qeyri-neft məhsulları ixrac edib. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4,2 % azdır. Azərbaycan mənşəli əsas qeyri-neft məhsullarının ixracında elektrik enerjisinin payı 3,58 % təşkil edir.

Bu ilin 9 ayında Azərbaycan xarici ölkələrlə 34 milyard 498 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 19 milyard 855 milyon ABŞ dolları ixracın, 14 milyard 643 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 25 % azalıb, idxal isə 16 % artıb.

44 - Tezliklə