Azərbaycandan 3 ölkəyə elektrik naqillərinin ixracı bərpa edilib
- 13 yanvar, 2023
- 13:08
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana xaricdən 35,293 milyon ABŞ dolları dəyərində 3 min 856 ton elektrik naqilləri (1000 V-dan çox olmayan/çox gərginlik üçün) gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 7,8 %, kəmiyyət olaraq – 18 % azdır.
Türkiyədən 13,355 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 11,1 % çoxdur) 1 min 826 ton (-4,7 %), Çindən 5,511 milyon ABŞ dolları dəyərində (+55 %) 849,16 ton (+45 %), Böyük Britaniyadan 3,21 milyon ABŞ dolları dəyərində (-36 %) 90,44 ton (-71 %), Amerika Birləşmiş Ştatlarından 2,774 milyon ABŞ dolları dəyərində (+2,5 dəfə) 51 ton (+4,3 dəfə), Rusiyadan 1,927 milyon ABŞ dolları dəyərində (-51 %) 221 ton (-69 %) məhsul alınıb.
Hesabat dövründə Azərbaycandan 5,574 milyon ABŞ dolları dəyərində (+72 %) 1 min 219 ton (+99 %) elektrik naqili ixrac edilib.
Gürcüstana 1,412 milyon ABŞ dolları dəyərində (+74 %) 383 ton (+27,2 %), Belarusa 1,375 milyon ABŞ dolları dəyərində 355 ton, Qazaxıstana 956 min ABŞ dolları dəyərində (-30,6 %) 133 ton (-18 %), Ukraynaya 829 min ABŞ dolları dəyərində (+19 %) 164 ton (+69 %), Tacikistana 504,28 min ABŞ dolları dəyərində 84,5 ton (bir il əvvəl tədarük olmayıb) məhsul göndərilib.
Yeddi il 1 ayın tamamında Rumıniyaya, 2 il 2 aylıq fasilənin ardından Belarusa, 1 il 5 aylıq aradan sonra Norveçə tədarük bərpa edilib. Azərbaycan Rumıniyaya 2,27 min ABŞ dolları dəyərində 0,03 ton, Norveçə 3,99 min ABŞ dolları dəyərində 0,01 ton naqil satıb.