Azərbaycandan 22 ölkəyə aviasiya yanacağı ixracı bərpa edilib
- 20 fevral, 2023
- 08:43
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən il Azərbaycandan xaricə 143 milyon ABŞ dolları dəyərində 126 min ton aviasiya yanacağı ixrac edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci ilin göstəriciləri ilə müqayisədə dəyər ifadəsində 2,9 dəfə, kəmiyyət olaraq – 49 % çoxdur.
Hesabat dövründə Lüksemburqa 78,797 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3,5 dəfə çoxdur) 72 min 848 ton (+52,4 %), Rusiyaya 17,838 milyon ABŞ dolları dəyərində (+5,6 dəfə) 14 min 481 ton (+3,6 dəfə), Türkiyəyə 13,764 milyon ABŞ dolları dəyərində (+3 dəfə) 11 min 397 ton (+96,5 %), Birləşmiş Ərəb Əmirliklərinə 7,855 milyon ABŞ dolları dəyərində (+16 dəfə) 6 min 427 ton (+11,5 dəfə), Almaniyaya 3,253 milyon ABŞ dolları dəyərində (+2,5 dəfə) 2 min 695 ton (+62 %) məhsul satılıb.
2022-ci ilin 12 ayı ərzində Azərbaycandan Avstraliyaya (21 min ABŞ dolları dəyərində 17 ton), Bəhreynə (592,7 min ABŞ dolları dəyərində 469,2 ton), Braziliyaya (2 min ABŞ dolları dəyərində 2,23 ton), Cənubi Afrika Respublikasına (0,42 min ABŞ dolları dəyərində 0,32 ton), Əlcəzairə (21,8 min ABŞ dolları dəyərində 18,23 ton), İraqa (8,5 min ABŞ dolları dəyərində 9 ton), İrana (39,3 min ABŞ dolları dəyərində 33 ton), İrlandiyaya (130,5 min ABŞ dolları dəyərində 102,3 ton), Koreya Respublikasına (221 min ABŞ dolları dəyərində 170 ton), Qırğızıstana (16,4 min ABŞ dolları dəyərində 12 ton), Latviyaya (23,2 min ABŞ dolları dəyərində 17,9 ton), Livana (2,9 min ABŞ dolları dəyərində 2,23 ton), Malayziyaya (31 min ABŞ dolları dəyərində 25 ton), Meksikaya (9,8 min ABŞ dolları dəyərində 6,3 ton), Omana (72 min ABŞ dolları dəyərində 54,33 ton), Özbəkistana (426 min ABŞ dolları dəyərində 326 ton), Səudiyyə Ərəbistanına (17 min ABŞ dolları dəyərində 12,9 ton), Sinqapura (122 min ABŞ dolları dəyərində 97,7 ton), Tailanda (21 min ABŞ dolları dəyərində 17,3 ton), Türkmənistana (0,87 min ABŞ dolları dəyərində 0,76 ton), Venesuelaya (24 min ABŞ dolları dəyərində 15 ton) və Vyetnama (5 min ABŞ dolları dəyərində 3,72 ton) tədarük bərpa edilib.
Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Filippinə (16 min ABŞ dolları dəyərində 12,5 ton) ixrac həyata keçirilib.