Azərbaycanda yerli şirkətlərin "yaşıl enerji" layihələrinə qoşulmasındakı çətinliklər açıqlanıb

Energetika
  • 29 oktyabr, 2025
  • 12:24
Azərbaycanda yerli şirkətlərin yaşıl enerji layihələrinə qoşulmasındakı çətinliklər açıqlanıb

Azərbaycanın yerli şirkətlərinin bərpa olunan enerji mənbələri ilə bağlı layihələrə qoşulmasında əsas problem yerli bankların risk iştahasıdır.

"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə şirkəti olan "SOCAR Green" MMC-nin Maliyyə departamentinin direktoru Rza Nağıyev XIII Beynəlxalq "Caspian Energy Forum 2025" tədbirində bildirib.

Onun sözlərinə görə, "SOCAR Green" bərpa olunan enerji mənbələri ilə bağlı layihələrə yerli bazar iştirakçılarını cəlb etməyə çalışır: "Amma bu proses ərzində görürük ki, bəzi müəyyən çətinliklər var. Bu çətinliklərdən ən önəmlisi yerli bankların risk iştahasıdır. Məlum olduğu kimi, hazırda Azərbaycanda bankların əksəriyyətinin depozit portfeli daha çox qısamüddətlidir. Bu da onların uzunmüddətli layihələri maliyyələşdirilməsinə mane olan əsas amillərdən biridir".

O qeyd edib ki, yeganə amil bu deyil: "Eyni zamanda, Azərbaycanda uzunmüddəti maliyyələşmə, yəni layihə maliyyələşdirməsi daha çox yeni bir konseptdir. 2022-ci ildə Azərbaycan Mərkəz Bankı tərəfindən müəyyən qanuni çərçivdə hazırlanıb. İlkin mərhələdə müəyyən qərarlar qəbul edilib və COP-29 ərəfəsində "Yaşıl taksonomiya" qəbul olunub. Bunlar təqdirəlayiq adımlardır. Amma bu, kifayət etmir. "Yaşıl kapital"ın cəlb olunmasında ən əsas prinsiplərdən biri ICMA - "International Capital Market Association" prinsipləridir. Bu isə müəyyən tələblər ehtiva edir. Məsələn, Azərbaycan bazarında hazırda üçüncü tərəf müstəqil qiymətləndiricilər yoxdur və bu da "greenwashing" risklərini artırır".

Son xəbərlər

Bütün Xəbər Lenti