Azərbaycanda quruda yerləşən iki yatağın hasilat proqnozu açıqlanıb

Energetika
  • 09 dekabr, 2023
  • 09:38
Azərbaycanda quruda yerləşən iki yatağın hasilat proqnozu açıqlanıb

Azərbaycanın quruda yerləşən “Mişovdağ” və “Kəlaməddin” yataqlar üzrə gələn il üçün 0,64 milyon barel neftin hasil ediləcəyi proqnozlaşdırılır.

“Report”un məlumatına görə, bu barədə Hesablama Palatasının Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2024-ci il üzrə büdcəsinə verdiyi rəydə deyilir.

Məlumata görə, bu, 2023-cü ilin proqnozu ilə müqayisədə 0,02 milyon barel və ya 3,03 % azdır.

2022-ci ilin faktiki göstəricisi ilə müqayisədə isə eynidir.

Qeyd edək ki, "Mişovdağ" yatağı Bakı şəhərindən 80 km cənub-qərb istiqamətdə yerləşir. 1956-ci ildən işlənməyə daxil edilib. Yataqda 754 quyu qazılıb.

"Kəlaməddin" yatağı isə Hacıqabul stansiyasının şimal-qərbində, Kəlaməddin silsiləsinin mərkəzi hissəsində yerləşir. Yataq 1978-ci ildə kəşf edilib, 1980-ci ildə işlənməyə verilib. "Kəlaməddin" yatağında ümumilikdə 151 quyu qazılıb.