Azərbaycanda quruda yerləşən iki yatağın bu il üçün hasilat proqnozu açıqlanıb

Energetika
  • 29 yanvar, 2025
  • 13:52
Azərbaycanda quruda yerləşən iki yatağın bu il üçün hasilat proqnozu açıqlanıb

Azərbaycanın quruda yerləşən “Mişovdağ” və “Kəlaməddin” yataqlar üzrə bu il üçün 0,62 milyon barel neftin hasil ediləcəyi proqnozlaşdırılır.

“Report”un məlumatına görə, bu barədə Hesablama Palatasının Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2025-ci il üzrə büdcəsinə dair verdiyi rəydə deyilir.

Bu, 2024-cü ilin proqnozu və 2023-cü ilin faktiki göstəricisi ilə eynidir.

Qeyd edək ki, "Mişovdağ" yatağı Bakı şəhərindən 80 km cənub-qərb istiqamətdə yerləşir və 1956-ci ildən istismardadır. Yataqda 754 quyu qazılıb.

"Kəlaməddin" yatağı isə Hacıqabul stansiyasının şimal-qərbində, Kəlaməddin silsiləsinin mərkəzi hissəsində yerləşir. Yataq 1978-ci ildə kəşf edilib, 1980-ci ildə istismara verilib. "Kəlaməddin" yatağında ümumilikdə 151 quyu qazılıb.

44 - Tezliklə