Azərbaycanda qazlaşmanın səviyyəsi açıqlanıb
- 27 fevral, 2026
- 15:48
Bu ilin əvvəlində Azərbaycanda təbii qazla təmin olunmuş əhali abonentlərinin sayı 2 milyon 668 min 702 təşkil edib.
Bu barədə "Report" Azərbaycan Energetika Nazirliyi tərəfindən 2025-ci ildə görülmüş işlərə dair hesabata əsasən məlumat verib.
Bildirilib ki, qazlaşmanın ümumi səviyyəsi təxminən 96,6 % olub. Qazlaşdırılma istiqamətində işlər davam etdirilir.
Məlumata görə, qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yaşayış məntəqələrinin qazlaşdırılması məqsədilə yeni qaz kəmərləri quraşdırılıb, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün qaz kəmərləri əsaslı təmir olunub. Respublika ərazisində kənd və qəsəbələrin, yeni yaşayış massivlərinin qazlaşdırılması, eləcə də yeni istehsal təyinatlı obyektlərin istismara verilməsi abonentlərin sayının və təbii qaza olan tələbatın artmasına səbəb olub.