Azərbaycanda neft-qaz mütəxəssislərinin hidrogen sektoruna uyğunlaşdırılacaq

Energetika
  • 26 may, 2026
  • 11:09
Azərbaycanda neft-qaz mütəxəssislərinin hidrogen sektoruna uyğunlaşdırılacaq

Azərbaycanda neft-qaz sektorunda çalışan gənc mütəxəssislərin hidrogen və "təmiz enerji" layihələrinə uyğunlaşdırılması planlaşdırılır.

"Report" xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Rəna Hümbətova Dövlət Agentliyinin dəstəyi ilə "Azərbaycanın Hidrogen üzrə Milli Strateji Baxış Sənədi"nin Tətbiq Planının hazırlanması çərçivəsində tələbələr üçün keçirilən təlim seminarında bildirib.

Onun sözlərinə görə, hidrogen sektorunun inkişafı üçün yeni bilik və bacarıqların formalaşdırılması əsas istiqamətlərdən biridir: "Bu məqsədlə təlim proqramları, təhsil təşəbbüsləri və akademik institutlarla əməkdaşlıq mexanizmlərinin hazırlanması nəzərdə tutulur. Həmçinin hidrogen sektoru üçün avadanlıq istehsalı və xidmətlərin lokallaşdırılması imkanları da araşdırılır".