Azərbaycanda neft-qaz layihələrinin iştirakçısı 2,3 milyard avro gəlir əldə edib

Energetika
  • 29 oktyabr, 2021
  • 08:57
Azərbaycanda neft-qaz layihələrinin iştirakçısı 2,3 milyard avro gəlir əldə edib

İtaliyanın “Eni SpA” neft-qaz korporasiyasının səhmdarlarının 2021-ci ilin 9 ayı ərzində xalis gəliri 2,306 milyard avro təşkil edib.

“Report” “Prime” agentliyinə istinadən xəbər verir ki, bu barədə şirkətin press-relizində deyilir.

Doqquz ay ərzində şirkət karbohidrogen hasilatını illik ifadədə 4% - gündəlik neft ekvivalentində 1,663 milyon barel artırmağa nail olub.

Qeyd edək ki, “Eni” şirkəti Bakı-Tbilisi-Ceyhan neft kəmərinin əsas ixracında 5%-lik paya sahibdir. Bundan başqa, "Eni-Agip" “Şahdəniz” qazkondensat yatağının işlənməsi layihəsinin iştirakçısı, həmçinin artıq bağlanmış “Kürdaşı” blokunun operatoru olub.

1953-cü ildə əsası qoyulmuş “Eni” şirkəti hazırda 73 ölkədə fəaliyyət göstərir. Təxminən, 33 min işçisi olan şirkətin mənzil-qərargahı Roma şəhərində yerləşir.