Azərbaycanda neft və qaz hasilatı artıb
Energetika
- 14 iyul, 2016
- 08:59
Bakı. 14 iyul. REPORT.AZ/ Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda xam neft hasilatı 21,064 mln. ton təşkil edib.
"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövründən 0,4% çoxdur.
Hesabat dövründə hasil olunmuş xam neftin 21,037 mln. tonu (0,4% çox) əmtəəlik neft təşkil edib.
İlin I yarısında 14,923 mlrd. kubmetr qaz hasil olunub ki, bu da ötən ilin müvafiq dövründən 1,2% çoxdur. Bu müddətdə əmtəəlik qaz hasilatının həcmi isə 9,362 mlrd. kubmetr təşkil edib. Bu isə illik müqayisədə 8,8% azalma deməkdir.
Son xəbərlər
09:52
Azərbaycan jurnalistləri Özbəkistanda KİV üçün Məzmun Hazırlama Mərkəzini ziyarət ediblər
Xarici siyasət09:45
Bölgələrdə yanğına səbəb olan 3 nəfər məsuliyyətə cəlb olunub
Hadisə09:43
Dövlət Sərhəd Xidmətinin yaradılmasının 107-ci ildönümüdür
Hərbi09:43
Rusiya Ukraynanın regionlarına zərbələr endirib: iki nəfər ölüb
Digər ölkələr09:36
Türkiyədə 6 avtomobil toqquşub, 17 nəfər yaralanıb
Region09:30
Azərbaycan nefti ucuzlaşmaqda davam edir
Energetika09:28
Kanalda batan balıqçı Ağdaşda tapılıb
Hadisə09:23
"Ayaks" Yofre Torrentsi "Barselona"dan transfer edib
Futbol09:13