Azərbaycanda iyulda elektrik enerjisi istehsalı 12 %-dən çox artıb
- 13 avqust, 2024
- 06:00
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda elektrik enerjisinin istehsalı 16 milyard 269 milyon kVt/saat olub.
Bu barədə “Report” Energetika Nazirliyinin 2024-cü ilin yanvar-iyul ayları üzrə açıqladığı elektrik enerjisi göstəriciləri ilə bağlı operativ məlumatlarında deyilir.
Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 54,40 milyon kVt/saat və ya 0,34 % azalıb.
Bu ilin iyul ayında isə ölkədə elektrik enerjisinin istehsalı 2 milyard 711,2 milyon kVt/saat olub ki, bu da bir il öncəki göstərici ilə müqayisədə 295,7 milyon kVt/saat və ya 12,3 % çoxdur.
Xatırladaq ki, 2023-cü ilin yanvar-iyul aylarında respublika üzrə elektrik enerjisinin istehsalı 16 milyard 323,4 milyon kVt/saat, həmçinin iyul ayında 2 milyard 415,5 milyon kVt/saat təşkil edib.