Azərbaycanda ilk dəfə olaraq D-8 Həftəsi keçirilir
- 17 oktyabr, 2025
- 17:57
Bu həftə Azərbaycanda ilk dəfə olaraq D-8 Həftəsi təşkil edilir.
"Report" xəbər verir ki, D-8 Həftəsi çərçivəsində Azərbaycanda yaradılacaq D-8 Enerji və İqlim Mərkəzinə, D-8 Media Mükəmməllik Mərkəzinə və D-8 Nəqliyyat Mükəmməllik Mərkəzinə dair D-8 üzv ölkələrinin iştirakı ilə müvafiq görüşlər, həmçinin tarixdə ilk dəfə olaraq D-8 Komissarlarının qeyri-formal görüşü (Retreat) və İqlim və Şəhərlər üzrə D-8 Yüksək Səviyyəli Dialoq tədbiri keçirilir.
Bu tədbirlərdə D-8 Təşkilatının güclü iqtisadi bloka çevrilməsi məqsədilə təşkilatda islahatlar, həmçinin iqlim, şəhərsalma, və media sahəsində əməkdaşlıq kimi yeni mövzuların D-8 gündəliyinə gətirilməsi məsələləri müzakirə edilib.
Azərbaycan ötən ilin dekabr ayında Qahirədə keçirilmiş D-8 Zirvə Görüşündə D-8 Təşkilatının 27 il əvvəl yaradıldığından sonra bu təşkilatın üzvlüyünə qəbul edilmiş ilk ölkə olub. Hazırda D-8 üzv dövlətləri siyahısına Azərbaycan, Türkiyə, Misir, Nigeriya, Pakistan, İran, Indoneziya, Banqladeş və Malayziya daxildir.
Hazırda Misir D-8-ə sədrlik edir və 2026-cı il yanvarın 1-dən iki il ərzində İndoneziya D-8-ə sədrlik edəcək. İqlim və Şəhərlər üzrə D-8 Yüksək Səviyyəli Dialoq tədbiri Azərbaycanın COP29 Sədrliyi çərçivəsində təşkil edilir və tədbirdə D-8 üzv ölkələrinin İqlim və Şəhərsalma Nazirləri, D-8 Kommisarları və D-8 regionundan olan şəhərlərin rəhbərləri iştirak edir. Bu rəsmilər, həmçinin Azərbaycanın Üçüncü Milli Şəhərsalma Forumunda da iştirak ediblər.