Azərbaycanda İES-lərdə elektrik enerjisi istehsalı 7 % artıb
- 14 iyun, 2023
- 12:31
Bu ilin yanvar-may aylarında Azərbaycanda İstilik Elektrik Stansiyalarında (İES) 11 milyard 055,1 milyon kVt/s elektrik enerjisi istehsal edilib.
“Report” Energetika Nazirliyinə istinadən xəbər verir, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 728,8 milyon kVt/s və ya 7,06 % çoxdur.
Məlumatda görə, bu dövrdə Su Elektrik Stansiyalarında (SES) 96,5 milyon kVt/s azalaraq 672,3 milyon kVt/s, digər mənbələr üzrə isə 3 milyon kVt/s azalaraq 159,1 milyon kVt/s təşkil edib.
Bu dövrdə Külək Elektrik Stansiyalarında (KES) 26,4 milyon kVt/s, Günəş Elektrik Stansiyalarında (GES) 25,4 milyon kVt/s, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 107,3 milyon kVt/s elektrik enerjisi istehsal edilib.
Hesabt dövründə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 10 milyard 667,4 milyon kVt/s (İES-lərdə 10 milyard 054,4 milyon kVt/s, SES-lərdə 623 milyon kVt/s), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 176 milyon kVt/s (İES-lərdə 108,9 milyon kVt/s, SES-lərdə 43,9 milyon kVt/s, GES-də 23,2 milyon kVt/s), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 20,3 milyon kVt/s, müstəqil elektrik stansiyaları üzrə isə 1 milyard 022,8 milyon kVt/s təşkil edib.