Azərbaycanda hasil edilən neftin 1,2 milyon tonu SOCAR-ın payına düşüb

Energetika
  • 11 noyabr, 2022
  • 12:09
Azərbaycanda hasil edilən neftin 1,2 milyon tonu SOCAR-ın payına düşüb

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda hasil edilən neftin 1,2 milyonu tonu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payına düşüb

“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 10 ayı üzrə operativ məlumatlarında deyilir.

Bildirilir ki, yanvar-oktyabr ayları ərzində Azərbaycandan 21,9 milyon ton neft (kondensatla birlikdə) ixrac olunub. Bunun 20,7 milyon tona yaxını isə Azərbaycan Beynəlxalq əməliyyat Şirkətinin (ABƏŞ) payına düşür.

Qeyd edək ki, Azərbaycan sahillərindən təxminən 100 km aralıqda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan ilk neft 1997-ci ildə hasil olunub.

BP ABƏŞ-in ən iri səhmdarı və operatorudur. Konsorsiumda həmçinin “MOL Group”, INPEX, Equinor, ExxonMobil, TPAO, Itochu və ONGC şirkətləri təmsil olunub.

Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 % 16 aprel 2020-ci il tarixindən “Chevron” şirkətini əvəz edib) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.

44 - Tezliklə