Azərbaycanda günəş elektrik stansiyalarında enerji istehsalı 26 %-ə yaxın artıb
- 15 aprel, 2025
- 12:49
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-mart aylarında Azərbaycanda istilik elektrik stansiyalarında 6 milyard 318,3 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.
Bu barədə “Report” Energetika Nazirliyinin bu ilin birinci rübü üzrə açıqladığı elektrik enerjisi göstəriciləri ilə bağlı operativ məlumatlarında deyilir.
Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 200,9 milyon kVt/saat və ya 3,1 % azdır.
Hesabat dövründə su elektrik stansiyalarında 669,6 milyon kVt/saat (+ 52,4 %), digər mənbələr üzrə isə 183,9 kVt/saat (+ 7,7) elektrik enerjisi istehsal edilib.
Bu dövrdə külək elektrik stansiyalarında 9,5 milyon kVt/saat (- 33,6 %), günəş elektrik stansiyalarında 112,5 milyon kVt/saat (+ 25,7 %) elektrik enerjisi istehsal edilib.
Bu ilin ilk rübündə Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 61,9 milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə 5,1 milyon kVt/saat və ya 7,6 % azdır.