Azərbaycanda günəş elektrik enerjisinin istehsalı 4 %-ə yaxın artıb
- 15 iyul, 2024
- 08:52
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyun aylarında “Azərenerji” ASC üzrə 11 milyard 918,9 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.
Bu barədə “Report” Energetika Nazirliyinin açıqladığı elektrik enerjisi göstəriciləri ilə bağlı operativ məlumatlarında deyilir.
Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 553,5 milyon kVt/saat və ya 4,4 % azdır.
“Azərenerji” tərəfindən istehsal edilən elektrik enerjisinin 10 milyard 452,1 milyon kVt/saatı İstilik Elektrik Stansiyalarında (İES), 1 milyard 466,8 milyon kVt/saatı Su Elektrik Stansiyalarında (SES) qeydə alınıb.
Bu da 2023-cü ilin 6 ayı ilə müqayisədə müvafiq olaraq 1 milyon 192,2 min kVt/saat (10,2 %) az və 638,7 milyon kVt/saat (77,13 %) çoxdur.
Hesabat dövründə Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti üzrə 224 milyon kVt/saat elektrik enerjisi istehsal edilib. Bu, 2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 5,4 milyon kVt/saat və ya 2,5 % çoxdur.
Energetika Xidməti üzrə İES-lərdə 88 milyon kVt/saat (- 34,1 %), SES-lərdə 105,5 milyon kVt/saat (+ 1,9 dəfə), Günəş Elektrik Stansiyalarında (GES) 30,5 milyon kVt/saat (+3,7 %) elektrik enerjisi istehsal edilib.
“Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 21,9 milyon kVt/saat (- 10,25 %), müstəqil elektrik stansiyaları üzrə isə 1 milyard 392,63 milyon kVt/saat (+16,8 %) elektrik enerjisi istehsal edilib.
Qeyd dək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycanda 13 milyard 557,4 milyon kVt/saat elektrik enerjisi istehsal (il ərzində 2,52 % azalıb) edilib.