Azərbaycanda gələn il xarici sərmayəçilərin ödəyəcəyi akrhesabı ödənişləri açıqlanıb

Energetika
  • 06 dekabr, 2021
  • 10:38
Azərbaycanda gələn il xarici sərmayəçilərin ödəyəcəyi akrhesabı ödənişləri açıqlanıb

“Equnior” tərəfindən “Əşrəfi-Dan Ulduzu-Aypara” sahəsi üzrə 2022-ci il üçün 348 min ABŞ dolları məbləğində akrhesabı ödənişi proqnozlaşdırılıb.

“Report”un məlumatına görə, bu barədə Hesablama Palatasının Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2022-ci il üzrə büdcəsinə verdiyi rəydə deyilir.

Bildirilir ki, 2021-ci ildə akrhesabı maddəsi üzrə daxilolmalar 2,4 milyon ABŞ doları və ya 4,1 milyon manat nəzərdə tutulduğu halda, cari il üçün büdcə layihəsi hazırlanarkən proqnozlaşdırılmayan 1,2 milyon manat akrhesabı ödənişlər edilib ki, bu da “Əşrəfi-Dan Ulduzu-Aypara” (348 min ABŞ dolları) və Abşeron yarımadasının (321 min ABŞ dolları) dayazsulu sahələri üzrə olub.

2022-ci ildə Fondun büdcəsinin digər gəlir maddəsini karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar xarici sərmayəçilər tərəfindən ödəniləcək ümumilikdə 3,108 milyon ABŞ dolları və ya 5 milyon 283,6 min manat məbləğində akrhesabı ödənişlər təşkil edir. Belə ki, 2022-ci ildə Xəzər dənizinin Azərbaycan sektorunda “Şəfəq-Asiman” dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişə əsasən 2,118 milyon ABŞ dolları məbləğində vəsaitin ödənilməsi nəzərdə tutulur.

Akrhesabı ödəniş Xəzər Dənizinin Azərbaycan sektorunda “Şəfəq-Asiman” dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə “BP-Exploration (Azərbaycan) limited” və SOCAR-ın ortaq neft şirkəti arasında sazişin 28-ci maddəsinə əsasən ödənilməsi nəzərdə tutulur ki, bu maddəyə əsasən kəşfiyyat dövrü, habelə Əlavə kəşfiyyat dövrü ərzində digər podratçı tərəflər Kontrakt sahəsinin hər kvadrat kilometri üçün iki min ABŞ dolları məbləğində illik akrhesabı haqq ödəyirlər. Kontrakt sahəsinin ərazisi təxminən (1 059 kvadrat kilometrdir ki, akrhesabı ödənişin məbləği 2,118 milyon ABŞ dolları təşkil edir.

Eyni zamanda, Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadası ətrafında dayazsulu sahənin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişə əsasən 642 min ABŞ dolları məbləğində akrhesabı vəsaitin ödənilməsi nəzərdə tutulur. Kontrakt sahəsinin ərazisi təxminən 321 kvadrat kilometrdir.

“Equnior” tərəfindən “Əşrəfi-Dan Ulduzu-Aypara” sahəsi üzrə 2022-ci il üçün 348 min ABŞ dolları məbləğində akrhesabı ödənişi proqnozlaşdırılıb.

44 filmi